Şənbə, 27 Aprel

"Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırlaşır" - Erməni nəşri

image

“Nikol Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırlaşır”.

Xəbər verilir ki, bu barədə Ermənistanın “Golos Armenii” qəzeti yazıb.

Qəzet daha sonra yazır:

“Ötən gün Dövlət Departamentinin nümayəndəsi Klark Kuper maraqlı bir açıqlama verib: “ABŞ səlahiyyətliləri hesab edirlər ki, Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda mövcudluğu bölgədəki vəziyyətin sabitliyinə təhdiddir”. Bu, bir azərbaycanlı jurnalistin “Vaşinqtonun bölgədə Rusiya təsirinə münasibəti“ sualına cavab olaraq söylənilib.

Moskva bölgədəki əsas “nəzarətçi” rolunu heç kimə bağışlamaq niyyətində olmasa da, Amerika məsələnin onsuz həll olunmasına qarşıdır. Dövlət Departamenti Rusiyanın fəaliyyətinin nəticələrindən razı deyil.

Bu yaxınlarda Armen Aşotyan Paşinyanın Putinin 19 oktyabr təklifini niyə rədd etdiyi barədə maraqlı açıqlama verib. Paşinyan həmin təkliflə razılasaydı, erməni tərəfi müharibədən daha az itki ilə çıxacaqdı. Baş nazirin Rusiya ilə deyil, Amerika ilə sıx danışıqlar apardığını, onların dəstəyini almağa və müharibənin ABŞ-ın köməyilə sona çatmasına çalışdığını söyləyib. “Ancaq o zaman ABŞ-ın seçkilərə başı qarışdığından həmsədr vəzifəsini yerinə yetirməklə kifayətləndi və bu gün də Moskvaya qarşı iddialarla çıxış edir”-deyə Aşotyan deyib.

Hazırki diplomatik proseslər göstərir ki, Qarabağ danışıqlarda əsas məsələyə çevrilə bilər. Həmsədr olan ölkələrin hər biri hər şeydən əvvəl bölgədə öz maraqlarını qorumağa davam edəcək. Və belə bir vəziyyətdə erməni tərəfinin yüksək peşəkar, açıq diplomatik zərgər işinə ehtiyacı var. Bu hakimiyyət dövründə belə bir işə ümid bəsləmək gülünc və absurddur: Nikoldan təkcə 2 il yarım ərzində deyil, üçtərəfli bəyanatı imzalayarkən də danışıqlarda necə iştirak etdiyini gördük.

Üstəlik, hal-hazırda Paşinyan “Ermənistan və Azərbaycan xalqlarını qane edəcək bir nizamlama” üzərində işləri davam etdirir, digər istəklərini də təmin etmək üçün başqa nələrəsə hazırlaşır. Bu gün Ermənistan cəmiyyətini narahat edən əsas sual var: “Rəhbərliyinin danışıqlarda iştirak etməsi lazım olduğunu sonsuza qədər qışqıran Nikol niyə birdən Arayik Arutyunyanın həmsədrlərlə görüşməsini qadağan etdi? Niyə Ermənistan heç vaxt Qarabağın müstəqilliyinin tanınmasını parlamentə təqdim etmədi?

Deməli, Paşinyan gizlin Azərbaycanın ərazi bütövlüyünu tanımağa hazırlaşır” – deyə, qəzet yazır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45